Bank Of Baku

Ariel Koen: “Kosovo insidentindən sonra rəsmi Moskva Dağlıq Qarabağ məsələsində Ermənistana dəstəyi artıra bilər” - ŞƏRH

Ariel Koen: “Kosovo insidentindən sonra rəsmi Moskva Dağlıq Qarabağ məsələsində Ermənistana dəstəyi artıra bilər” - <font color=#FF0000>ŞƏRH</font>
# 25 fevral 2008 10:33 (UTC +04:00)
“Rusiya Kosovo məsələsini Qərblə münasibətlərinin əsas mövzusuna çevirib. Avropa ilə konfrontasiya axtarışında olan prezident Vladimir Putin və digər ölkə siyasətçiləri tələb edirdilər ki, Kosovonun gələcək taleyi BMT-nin Təhlükəsizlik Şurasında həll edilsin. Məlumdur ki, Təhlükəsizlik Şurasında Rusiya və Çin veto hüququna malikdirlər. Məncə, Rusiya Gürcüstanın tərkib hissəsi olan Abxaziya və Cənubi Osetiyanı tanımaqla cavab addımı ata bilər. Rəsmi Moskva həmçinin Dağlıq Qarabağ məsələsində Ermənistana dəstəyi artıra bilər. Əgər bu baş versə, Ermənistanla Azərbaycan arasında gərginlik kəskin şəkildə yüksələcək. Qərb gərək Rusiya, Ermənistan, Cənubi Osetiya, Abxaziya və Qarabağ rəhbərliklərinə dəqiq başa salsın ki, onların müstəqillik elan etməsini inkişaf etmiş dünya qəbul etməyəcək, əksinə, bu addım Qərbin sərt cavabını labüd edəcək. Misal üçün qeyd olunan tanınmamış əraziləri müstəqil dövlət kimi tanıyan ölkələrlə diplomatik münasibətlər dayandırıla və iqtisadi əməkdaşlığa yenidən baxıla bilər. Qeyd olunmalıdır ki, Rusiyanın mövqeyinin üç kökü var. İlk olaraq Rusiya özünü Serbiyanın tarixi müttəfiqi kimi görür. Yaddan çıxarmayaq ki, bu münasibətlərə görə Rusiya Avstriya-Macarıstan İmperiyasına qarşı müharibə elan edərək süquta uğrayıb. İkincisi, Rusiya Avropa və dünyada əsas məsələlərin həllində “mütləq qüvvə” olmaq arzusundadır. Ona görə də rəsmi Moskvanın razılığı alınmayan istənilən həll variantı Kreml tərəfindən qəbul olunmayacaq. Üçüncüsü, bu mövqe beynəlxalq hüquqla bağlıdır. Rəsmi Moskva iddia edir ki, BMT-nin əsasnaməsinə əsasən, yalnız Təhlükəsizlik Şurası yeni dövləti tanıya bilər. Həmçinin Rusiya ölkədə bir neçə, əsasən müsəlman separatçı törəmələrə vətən olan ölkə kimi Kosovonu presedent kimi görmək istəmir. Kreml istəmir ki, Kosovoya tətbiq edilən meyarlar Çeçenistana və Şimalı Qafqazın digər müsəlman respublikalarına şamil edilə bilsin. Rəsmi Moskva bir məsələdən narahatdır - Kosovonun müstəqilliyi hədə-qorxu və silahlı mübarizə sayəsində qazanılıb. Dünyada onlarla separatçı hərəkatlar Abxaziyadan kürdlərə kimi, Birmada olan karenlərdən Çindəki uyğurlara kimi Kosovo misalından ruhlanacaqlar. Rusiyanın qənaətinə görə, albanlar BMT-nin üzvü olan bir ölkəyə malikdirlər. İndi onların iki dövləti olacaq və albanların Makedoniyada gələcək uğuru ilə birgə bu rəqəm üçə qalxa bilər. Son olaraq rəsmi Belqrad və Moskva bəyan edir ki, Qərb kriminallaşmış və hərbiləşmiş Kosovo əvəzinə demokratik Serbiyanı dəstəkləməlidir. Kosovo münaqişəsinin fəsadları Rusiya ilə Qərbin münasibətlərini korlamaqda davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR