Bank Of Baku

BMT-də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında qətnamə layihəsi yayılıb

BMT-də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında qətnamə layihəsi yayılıb
# 25 fevral 2008 11:57 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib. O bildirib ki, qətnamə layihəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət və dəstək təsdiqlənir, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz çıxarılması tələb edilir, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz torpaqlarına qayıtması və normal şəraitlə təmin olunması hüququ təkrarlanır, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları üçün normal, bərabər yaşayış şəraitinin yaradılmasının zəruriliyi vurğulanır, Minsk Qrupunun münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə yönəlmiş vasitəçiliyinə dəstək ifadə olunur. Sənəddə deyilir ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğalı ilə nəticələnən vəziyyəti qanuni vəziyyət kimi tanımamalıdır. Son müddəada qeyd edilir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət növbəti 63-cü sessiyada da müzakirə ediləcək. X. İbrahim hazırda layihənin dəstəklənməsi üçün BMT Baş Assambleyasında iş aparıldığını, sənədin daha sonra səsverməyə çıxarılacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR