Bank Of Baku

DAK-ın Azərbaycan nümayəndəliyində Çingiz Aytmatovla görüş keçirilib

DAK-ın Azərbaycan nümayəndəliyində Çingiz Aytmatovla görüş keçirilib
# 25 fevral 2008 12:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyində Azərbaycanda səfərdə olan məşhur yazıçı Çingiz Aytmatovla görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə çıxış edən DAK sədrinin müavini Sabir Rüstəmxanlı Azərbaycanın və Qırğızıstanın türk dünyasındakı rolu və yeri barədə danışıb. İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulduğunu söyləyən S. Rüstəmxanlı türkdilli dövlətlərin siyasi birliyinin vacibliyini vurğulayıb. DAK Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayev, sədr müavini Vaqif Arzumanlı və digər çıxışçılar Ç. Aytmatovun yaradıcılığının və ictimai fəaliyyətinin Azərbaycanda yüksək qiymətləndirildiyini bildiriblər. Ç. Aytmatov isə Azərbaycanın qlobal dünyaya uğurla inteqrasiya olunduğunu bildirib. O, Azərbaycanda milli özünüdərk prosesinin müsbət təzahürlərini gördüyünü də deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR