Bank Of Baku

Vahid Əhmədov: “Mən “Yeni Siyasət” blokundan xeyli müddətdir ki, uzaqlaşmışam və blokun yenidən bərpasına ehtiyac görmürəm”

Vahid Əhmədov: “Mən “Yeni Siyasət” blokundan xeyli müddətdir ki, uzaqlaşmışam və blokun yenidən bərpasına ehtiyac görmürəm”
# 25 fevral 2008 13:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Mən “Yeni Siyasət” blokundan xeyli müddətdir ki, uzaqlaşmışam və blokun yenidən bərpa olunmasına ehtiyac görmürəm”. Bu açıqlamanı APA-ya “YeS” Koordinasiya Şurasının keçmiş üzvü, blokundan millət vəkili seçilmiş Vahid Əhmədov verib. Blokun fəaliyyətinin bərpa olunması ilə bağlı təkliflərdən və bu istiqamətdə aparılan hər hansı işdən xəbərsiz olduğunu deyən millət vəkili qurumun yenidən formalaşacağı halda burada fəaliyyət göstərməyəcəyini deyib: “Biz deputatlar çoxdan oradan ayrılmışıq və mən elə yerlərdə olmayacağam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR