Bank Of Baku

Elmar Məmmədyarov Stiven Mannı qəbul edib

Elmar Məmmədyarov Stiven Mannı qəbul edib
# 25 fevral 2008 15:58 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə müavini Stiven Mannı qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və ABŞ arasında enerji sahəsində əməkdaşlığı müzakirə edən tərəflər bu əməkdaşlığın daha da inkişaf etdirilməsi və Xəzər hövzəsindən enerji daşıyıcılarının Avropaya nəqlində Azərbaycanın tranzit ölkə kimi rolu haqqında fikir mübadiləsi aparıblar. Tərəflər enerji bazarının genişləndiyini, neftin bu bazarda dominant yer tutmasına baxmayaraq, gələcəkdə mayeləşdirilmiş təbii qazın əhəmiyyətinin artacağını vurğulayıblar. S. Mann bildirib ki, Cənubi Qafqaz və Orta Asiya regionlarında mövcud olan və nəzərdə tutulan enerji ixracatı marşrutları enerji resurslarının diversifikasiyasına və enerji təhlükəsizliyinə xidmət edir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR