Bank Of Baku

Türk Standartlaşdırma İnstitutunda Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib

Türk Standartlaşdırma İnstitutunda Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib
# 26 fevral 2008 08:48 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, tədbir Türk Dünyası Qadınlarının Dayanışma Birliyi və Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşkil olunub. Toplantıya Türkiyə Böyük Millət Məclisinin üzvü Mövlud Çavuşoğlu, sabiq daxili işlər naziri İsmət Sezgin, Türkiyə Xarici İşlər Nazirliyinin müstəşarı Əhməd Ünal Çeviköz, Özbəkistanın, Türkmənistanın Türkiyədəki səfirləri, İraq Türkmən Cəbhəsinin Türkiyə təmsilçisi Əhməd Muradlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, onun müavinləri Hacı Salman, Vasim Məmmədəliyev, Azərbaycan Milli Məclisinin üzvləri Cavanşir Paşazadə, Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov və digər şəxslər qatılıb. Türk Dünyası Qadınları Dayanışma Birliyinin rəhbəri, millət vəkili Şenol Bal, şeyxülislam Allahşükür Paşazadə, Mövlud Çavuşoğlu, İsmət Sezgin, Zakir Həşimov, Qənirə Paşayeva çıxışlarında Xocalı soyqırımı, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi siyasəti, 1918-ci ildə ermənilərin törətdiyi 31 mart soyqırımı və digər məsələlər ətrafında çıxışlar ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR