Bank Of Baku

İran hüquq-mühafizə orqanları Azərbaycan səfirinin iştirakı ilə keçirilən Xocalı soyqırımına həsr olunmuş mərasimi dağıdıb

İran hüquq-mühafizə orqanları Azərbaycan səfirinin iştirakı ilə keçirilən Xocalı soyqırımına həsr olunmuş mərasimi dağıdıb
# 26 fevral 2008 10:26 (UTC +04:00)
Bu barədə APA-ya İranda nəşr olunan “Yarpaq” qəzetinin redaktoru Səid Muğanlı məlumat verib. Onun sözlərinə görə, Xocalı faciəsinin 16-cı ildönümü ilə bağlı fevralın 23-də Tehranın mərkəzində yerləşən “Nur” məscidində anım mərasiminin keçirilməsinin qarşısı alınıb. İran hüquq-mühafizə orqanlarının əməkdaşları məscidə girərək, mərasimin yarımçıq dayandırılmasını tələb edib. “Günorta namazından sonra məscidə daxil olmaq istədik. Amma mülki və polis geyimində məscidə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları mərasim iştirakçılarının hamısını çıxarmağa başladılar. Həmin vaxt məscidin içində olan Azərbaycanın səfiri də buradan çıxarıldı”. O, buna etiraz edənlərə zor tətbiq edildiyini də söyləyib: “Hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirildi ki, Xocalıda yüzlərlə müsəlman qətlə yetirilib və bu məscidə yığılanlar da həmin insanlara dua oxumaq üçün toplaşıblar. Polis isə burada bizim İran əleyhinə fikirlər söylədiyimizi və mərasimin qanunsuz olduğunu bildirdi”. S. Muğanlı Ermənistanın İrandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilməsinə icazə verilmədiyini qeyd edib: “Artıq bir həftədir Ermənistan səfirliyinin qarşısında xüsusi təhlükəsizlik tədbirləri həyata keçirilir. Azərbaycanlıların burada aksiya keçirmək cəhdlərinin qarşısı alınır. Biz də məcburiyyət qarşısında qalaraq bu gün Azərbaycan səfirliyinin qarşısına gül qoyduq”.
Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənovdan isə məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR