Bank Of Baku

AKP-nin qrup toplantısında Xocalı soyqırımının ildönümünə həsr olunmuş müzakirələr aparılıb

AKP-nin qrup toplantısında Xocalı soyqırımının ildönümünə həsr olunmuş müzakirələr aparılıb
# 26 fevral 2008 12:12 (UTC +04:00)
APA-nın məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da qatıldığı müzakirələrdə Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva qonaq qismində iştirak edib. Q. Paşayeva APA-ya açıqlamasında bildirib ki, Rəcəb Tayyib Ərdoğan toplantıda çıxışı zamanı Xocalı soyqırımına da münasibət bildirib. Baş nazir qeyd edib ki, 16 il əvvəl Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı törədilib və Türkiyə dövləti soyqırımı pisləyir. R.T. Ərdoğan vurğulayıb ki, bu gün dünyada “türklər bizə qarşı soyqırımı törədib” yalanları ilə təbliğat aparan ermənilərin güzgüdə özlərinə baxmaları lazımdır: “Baş nazir dedi ki, türk milləti heç bir zaman soyqırımı törətməyib, soyqırımı törədənlər ermənilərdir, Xocalıda baş verənlər də bunun bir nümunəsidir. Rəcəb Tayyib Ərdoğan Ermənistanın Dağlıq Qarabağ da daxil olmaqla işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyə və bu işğala son verməyə çağırdığını dedi. Baş nazir bildirdi ki, ermənilər bu işğalla bir nəticəyə nail ola bilməzlər”. Toplantıdan sonra Q. Paşayeva Türkiyənin baş naziri ilə görüşüb. Millət vəkili çıxışına və Xocalı soyqırımına verdiyi qiymətə görə Rəcəb Tayyip Ərdoğana təşəkkürünü bildirib. Millət vəkili eyni zamanda Münhendə Ermənistanın xarici işlər naziri Vardan Oskanyana verdiyi cavab zamanı Qarabağ məsələsi ilə bağlı tutduğu mövqeyə görə Azərbaycan xalqının baş nazirə təşəkkür etdiyini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR