Bank Of Baku

Arif Hacılı: “Müsavatın seçkiqabağı konsepsiyası vahid namizəd yox, vahid elektorat olacaq”

Arif Hacılı: “Müsavatın seçkiqabağı konsepsiyası vahid namizəd yox, vahid elektorat olacaq”
# 26 fevral 2008 12:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Prezident seçkilərində müxalifətin vahid namizədlə iştirakı müəyyən üstünlüklər yaradır. Amma bu mövzunu süni surətdə gündəmdə saxlamaq, şişirtmək diqqəti əsas məsələdən yayındırmaq məqsədi daşıyır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, Müsavatın seçkiqabağı konsepsiyası vahid namizəd yox, vahid elektorat olacaq: “Real vəziyyət odur ki, hər hansı namizədlər və yaxud psevdomüxalifət namizədləri seçki prosesində iştirak edəcəklər. Hakimiyyət müxalifətin vahid namizədinin olmadığı görüntüsü yaratmaq məqsədilə müəyyən namizədləri ortaya çıxaracaq. Ona görə də vahid namizəd mövzusu üzərində uzun müddət qalmaq yanlışdır”. Müsavat Məclisinin sədri Sülhəddin Əkbərin müxalifətdə digər güclü və şanslı namizədin ortaya çıxacağı halda Müsavatın həmin şəxsi dəstəkləyə biləcəyi ilə bağlı fikirlərinə gəldikdə, A. Hacılı buna şərh vermək istəməyib: “Bu məsələnin mətbuatın müzakirəsinə çıxarılmasını yanlış hesab edirəm və açıqlama barədə ətraflı məlumata malik olmadığım üçün şərh vermək istəmirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR