Bank Of Baku

“Aqo” qrupunun rəhbəri Pyer Syorgen: “Azərbaycana səfərimiz zamanı daha çox media məsələlərinə diqqət ayıracağıq” - EKSKLÜZİV

“Aqo” qrupunun rəhbəri Pyer Syorgen: “Azərbaycana səfərimiz zamanı daha çox media məsələlərinə diqqət ayıracağıq” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 26 fevral 2008 13:53 (UTC +04:00)
O, İsveçin sədrliyi dövründə bir neçə konfransın da keçiriləcəyini vurğulayıb: “Əsasən Avropa İnsan Hüquqları Məhkəməsində islahatlar, uşaq və əlillərin hüquqları, hər bir üzv ölkədə insan haqları üzrə Milli Fəaliyyət Planının qəbulu məsələsinə diqqət yetirəcəyik. Təbii ki, bizim uçun ən əsas məsələlərdən də biri Avropa Şurası ilə Avropa İttifaqı, ATƏT və BMT arasındakı əməkdaşlığı davam etdirməkdir. “Aqo” qrupuna rəhbərlik etməyimə gəldikdə, may ayında Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcəyimə görə qrupa başqa rəhbər seçiləcək, ancaq onun kim olacağı hələlik bilinmir. Bununla belə aprelin əvvəllərində regiona səfərimiz olacaq. Daha sonra isə qrupda sədr dəyişikliyi baş verəcək". Pyer Syorgen Avropa Şurası Nazirlər Komitəsinin İsveçin sədrliyi altında demokratik proseslərə və demokratiyanın inkişafına dair bir neçə tədbir keçirəcəyini bildirib: “Məsələn, biz “Demokratiyanın Gələcəyi Forumu”nu dəstəkləyirik və Forumun Madriddə keçiriləcək növbəti konfransında Azərbaycan da iştirak edəcək. Konfransın işi məhz seçkilərə və vətəndaş cəmiyyətlərinin təşkili məsələlərinə həsr ediləcək. Bundan əlavə hal-hazırda biz Cənubi Qafqaz ölkələri uçun regional konfransın təşkili məsələsi üzərində işləyirik. Deyə bilərəm ki, bu konfransın əsas mövzusu hüququn aliliyi məsələsi olacaq və tədbirin bu ilin payızında Cənubi Qafqaz regionunda keçirilməsi nəzərdə tutulur. Lakin konfransın dəqiq olaraq hansı ölkədə təşkil ediləcəyini indidən söyləyə bilmərəm, biz bu məsələ ilə bağlı hələ müzakirələr aparırıq”. Pyer Syorgen bu il Azərbaycanda keçiriləcək prezident seçkilərini mühüm məsələ adlandırıb: “Bizim Azərbaycanla bağlı prioritetimiz eyni olaraq qalır: seçkilərə hazırlıq prosesi, medianın vəziyyəti, həbsdə olan jurnalistlərin durumu bizi narahat edən məsələlərdəndir. Ümumilikdə, səfər zamanı biz daha çox media məsələsinə diqqət ayıracağıq. Xüsusilə də Cinayət Məcəlləsində böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan maddənin mövcudluğu bizdə narahatlıq yaradır. Fikrimizcə, bu qanun ləğv edilməlidir. Bundan başqa məhkəmə sistəmlərinin formalaşmasi və mustəqilliyi məsələsi diqqətimizdə olacaq. Bu prosəssdə muəyyən irəliləyişlər var və yuxarıda qeyd etdiyim rəgional konfransda da bu məsələni muzakirə edəcəyik”. Qeyd edək ki, bu ilin mayından etibarən Avropa Şurası Nazirlər Komitəsinə İsveç sədrlik edəcək. Əlifba sırasına uyğun olaraq sədrlik Sloveniyaya keçməli olsa da, bu ölkə hazırda Avropa İttifaqına sədrlik edir. Bir ölkənin eni zamanda iki quruma rəhbərlik etməsi çətinlik törətdiyinə görə, may ayından bu vəzifəni İsveç həyata keçirəcək. Sloveniya isə AŞ Nazirlər Komitəsinə gələn ilin mayında sədrlik edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR