Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası aprelin ortalarına qədər formalaşdırılacaq

QHT-lərə Dövlət Dəstəyi Şurası aprelin ortalarına qədər formalaşdırılacaq
# 11 mart 2008 15:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının formalaşması prosesi aprelin ortalarına qədər yekunlaşacaq. Bunu APA-ya açıqlamasında Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin sektor müdiri Tahir Süleymanov deyib. O bildirib ki, martın 11-dən 19-na qədər 8 qrupa bölünmüş 414 QHT arasında ixtisaslaşmış qruplar üzrə seçkilər keçiriləcək. Hər qrupdan 3 nəfər namizəd irəli sürülmək şərtilə, 8 qrupdan 24 nəfər müəyyənləşdiriləcək. Daha sonra həmin namizədlər prezident İlham Əliyevə təqdim olunacaq və 11 nəfərdən ibarət QHT-lərə Dövlət Dəstəyi Şurası formalaşdırılacaq. Şura üzvlərindən 3-ü dövlət orqanlarının nümayəndələri olacaq. QHT-lərin ixtisaslaşmış 8 qrup üzrə seçki iclaslarının martın 19-da yekunlaşacağını söyləyən T. Süleymanovun sözlərinə görə, seçkilər Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə demokratik, şəffaf şəraitdə keçirilib: “Heç bir QHT-nin seçki prosesinə etiraz etməyə əsas yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR