Bank Of Baku

Ermənilərin Azərbaycanın Sumqayıt şəhərində törətdikləri hadisələrə həsr olunmuş kitab nəşr edilib

Ermənilərin Azərbaycanın Sumqayıt şəhərində törətdikləri hadisələrə həsr olunmuş kitab nəşr edilib
# 12 mart 2008 09:58 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. 1988-ci ilin fevralında Sumqayıtda baş vermiş hadisələrin həqiqi səbəblərinin araşdırılmasına həsr olunmuş “10 illərlə davam edən faciə” adlı kitab rus dilində nəşr olunub. APA-nın məlumatına görə, beynəlxalq mövzularda araşdırmalar aparan jurnalist Nuraninin müəllifi olduğu kitabda əvvəllər məlum olmayan faktlar, istintaq materiallarından götürülmüş məlumatlar, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) generalı Filipp Bobkov, DTK-nın keçmiş sədri Vladimir Kryuçkov və digərlərinin xatirələrindən hissələr yer alıb. Müəllif hesab edir ki, Sumqayıt hadisələrinin təşkilatçılarını Moskva və İrəvanda axtarmaq lazımdır: ““Krunk” və “Qaraba𔝠təşkilatları ilə əlaqəsi olan Sumqayıt erməniləri baş verəcək hadisələrdən xəbərdar idilər, ona görə də əvvəlcədən mənzillərini sataraq və Əmanət Banklarındakı hesablarından pullarını çıxararaq, şəhəri tərk etmişdilər”. Müəllif, həmçinin XIX-XX əsrlərdə Türkiyədə fəaliyyət göstərən erməni milliyyətçilərinin “erməniləri xilas etmək naminə” Avropanı Türkiyə ilə müharibəyə cəlb etmək məqsədilə öz soydaşlarına qarşı etdikləri provokasiyalar barədə tutarlı sübutlar, 1988-1989-cu illərdə Ermənistanda erməni milliyyətçiləri tərəfindən təşkil olunmuş “zəhərlənmə epidemiyası” ilə bağlı bu ölkənin hüquq-mühafizə orqanlarının apardığı araşdırmaları əks etdirən faktları göstərərək, bu nəticəyə gəlir ki, erməni milliyyətçiləri “erməni işi” naminə hər zaman tərəddüd etmədən öz soydaşlarını qurban verirlər.
Kitabın yaxın zamanlarda ingilis dilində də nəşri planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR