Bank Of Baku

İxtisaslaşmış ailə, qadın və uşaq məsələləri qrupundan üç nəfər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizəd seçilib

İxtisaslaşmış ailə, qadın və uşaq məsələləri qrupundan üç nəfər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizəd seçilib
# 12 mart 2008 11:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizədlərin seçilməsi məqsədilə ixtisaslaşmış ailə, qadın və uşaq məsələləri qrupunun yığıncağı keçirilib. APA-nın məlumatına görə, Prezidentin İcra Aparatının (PİA) ictimai-siyasi şöbəsinin sektor müdiri Tahir Süleymanov prezident İlham Əliyevin 2007-ci ilin dekabrın 13-də QHT-lərə Dövlət Dəstəyi haqqında Əsasnaməni təsdiq etdiyini və bundan sonra Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması istiqamətində müvafiq addımlar atıldığını deyib. Onun sözlərinə görə, bu günə qədər şurada təmsil olunmaq üçün Prezidentin İcra Aparatına 500 QHT müraciət edib və 414 QHT-nin seçkilərdə iştirakı barədə qərar qəbul olunub. Sonra iclasın sədri, katibi və say komissiyası seçilib. Gizli səsvermə nəticəsində Gender və İnsan Hüquqları Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə, “Nur” Uşaq və Gənclər Birliyinin sədri Sevinc Muradova və “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin sədri Gülarə Teymurova qadın və uşaq məsələləri qrupundan Şuraya üzvlüyünə namizəd seçiliblər. Qeyd edək prezidentin sərəncamı əsasında yaradılan Qeyri-hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının tərkibinə 8 QHT və 3 hökumət nümayəndəsi daxil ediləcək. Bundan sonra qeydiyyat prosesi başlayacaq və nümayəndələr aidiyyatı üzrə sektorlarda təmsil olunacaqlar. Şuranın sədri, müavini və katibi seçki yolu ilə müəyyənləşəcək. Hər Şura üzvü 4 il müddətinə seçiləcək, qurumun sədri isə 2 ildən bir dəyişdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR