Bank Of Baku

Cəmil Həsənli: “Parlamentdə müxalifətyönlü deputatların yeni qrupu yaradılsa da, mən həmin qrupda təmsil olunmayacağam”

Cəmil Həsənli: “Parlamentdə müxalifətyönlü deputatların yeni qrupu yaradılsa da, mən həmin qrupda təmsil olunmayacağam”
# 12 mart 2008 11:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Parlamentdə müxalifətyönlü deputatların yeni qrupu yaradılsa da, mən həmin qrupda təmsil olunmayacağam. Hər hansı müxalifət partiyasının üzvü olmadığımdan bunu düzgün saymıram”. APA-nın məlumatına görə, bu fikirləri AXCP-nin keçmiş üzvü, millət vəkili Cəmil Həsənli deyib. Onun sözlərinə görə, hələlik ona qrupda təmsil olunmaqla bağlı təklif edilməyib, amma parlamentdə deputatlar arasında bu kimi müzakirələr aparılır: “Mən müstəqil deputat kimi fəaliyyət göstərirəm, cəmiyyətdə yaxşı görünənləri yaxşı kimi, pis görünənləri pis kimi deyirəm. Heç vaxt özümü kiməsə qarşı müxalifət ruhunda kökləməmişəm. Müxalifət partiyasının üzvü olanda da məsələlərə obyektiv yanaşmağa çalışmışam, indi də buna çalışıram. Yəni partiya üzvü olduğum dövrlə indiki fəaliyyətimdə heç bir fərq yoxdur. Amma özümü hər hansı deputat qrupunda görmürəm”. C. Həsənli ümumilikdə, parlamentdə müxalifətçi deputatların ümumi qrupunun yaradılmasına müsbət yanaşdığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR