Bank Of Baku

Əli Kərimli: “Biz qərargah problemini həll edəcəyik”

Əli Kərimli: “Biz qərargah problemini həll edəcəyik”
# 12 mart 2008 11:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Yaxın günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin növbəti iclası keçiriləcək. APA-nın məlumatına görə, bu barədə partiyanın sədri Əli Kərimli məlumat verib. Uzun müddətdir Ali Məclisin iclaslarının keçirilmədiyini deyən partiya sədri növbəti toplantıda ictimai-siyasi vəziyyət, partiyanın bu il keçiriləcək prezident seçkilərinə münasibəti, kütləvi aksiyalar və qurultaya hazırlıq işinin sürətləndirilməsi barədə müzakirələrin aparılacağını qeyd edib. Hələlik Ali Məclisin iclasının harada və nə vaxt keçiriləcəyi müəyyənləşməyib. O, partiyanın növbəti qurultayının bu il keçirilməsinə çalışacaqlarını da qeyd edib. Partiyanın qərargah probleminin həlli ilə bağlı məsələdən danışan Ə. Kərimli deyib ki, əvvəlcə AXCP üzvlərindən ianə toplayaraq özəl qərargah almaq fikri olsa da, sonradan bundan daşınıblar: “Biz ianə toplantısından imtina etdik və belə bir kampaniya başlatmadıq. Müəyyən mülahizələrə görə, bunu məqsədəuyğun saymadıq. Amma qərargah probleminin həlli istiqamətində işlər davam edir və biz bu problemi həll edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR