Bank Of Baku

Mayın 10-da Ceyhanda Heydər Əliyev muzeyinin açılışı olacaq

Mayın 10-da Ceyhanda Heydər Əliyev muzeyinin açılışı olacaq
# 12 mart 2008 12:16 (UTC +04:00)
Ceyhan - APA. Bu il mayın 10-da Türkiyənin Adana şəhərinin Ceyhan rayonundakı Türkiyə-Azərbaycan qardaşlıq parkında yaradılmış Heydər Əliyev muzeyinin açılışı olacaq. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev muzeylə tanış olmaq məqsədilə Ceyhana gedib və yerli bələdiyyənin sədri Hüseyn Sözlü ilə görüşüb. O, muzeyin açılışında Azərbaycan sənətçilərinin konsert verəcəyini deyib. H. Sözlü isə muzeydə Heydər Əliyevin fəaliyyətini əks etdirən fotoşəkillərlə yanaşı, Azərbaycan haqqında bir çox naməlum sənədin də yer alacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR