Bank Of Baku

Müsavat Partiyası seçki proqramının icrasına başlayıb

Müsavat Partiyası seçki proqramının icrasına başlayıb
# 12 mart 2008 12:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyası seçki hazırlığı ilə bağlı qəbul etdiyi proqramın icrasına başlayıb. APA-nın məlumatına görə, bunu partiyanın başqanı İsa Qəmbər deyib. O bildirib ki, proqrama uyğun olaraq hazırda seçki komissiyalarında müşahidəçi qismində, həmçinin prosesdə başqa şəkildə iştirak edəcək fəalların siyahıları dəqiqləşdirilir, seçici siyahıları, seçicilərin əhval-ruhiyyəsi ilə bağlı araşdırmalar aparılır. Növbəti mərhələlərdə digər tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu söyləyən İ. Qəmbər hər mərhələnin öz vəzifəsi olduğunu vurğulayıb. Seçicilərin seçkilərdə iştirak etmək, yoxsa boykota meylli olması ilə bağlı sualı cavablandıran Müsavat lideri bildirib ki, cəmiyyət hakimiyyətin dəyişməsində maraqlıdır: “Bizim araşdırmalarımız onu göstərir ki, hakimiyyətin dəyişməsini istəyən cəmiyyət bunun seçki vasitəsilə həyata keçirilməsini arzulayır. Boykot vasitəsilə ölkənin demokratikləşməsinə təsir göstərmək olar, amma bu taktika ilə hakimiyyəti dəyişmək mümkün deyil. Hakimiyyət yalnız seçki yolu ilə dəyişir”. Müsavatın əvvəlki seçkilərdən fərqli olaraq narazı elektoratla işləmək taktikasına üstünlük verdiyini bildirən partiya başqanı müəyyən mərhələdə bunun müsbət nəticəsinin ortaya çıxacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR