Bank Of Baku

Millət vəkili yenidən AXCP-nin üzvü olmaq istəmir

Millət vəkili yenidən AXCP-nin üzvü olmaq istəmir
# 12 mart 2008 15:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Millət vəkili Cəmil Həsənli yenidən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olmaq fikrində deyil. APA-nın məlumatına görə, C. Həsənli bildirib ki, AXCP-dən istefa verdikdən sonra bəzi partiyalar onu sıralarına dəvət etsə də, bu təklifləri qəbul etməyib. O, AXCP-dən də belə bir təklif gəlmədiyini deyib: “Əslində belə bir təklif gözləmirəm də...” O, hər hansı partiyanın üzvü olmaq istəməməsini həyatının bundan sonrakı hissəsini sərbəst yaşamaq istəyi ilə izah edib: “Müxalifət partiyasının üzvü olmaq istəməməyim bu düşərgənin sıxışdırılması ilə bağlı deyil. Nədənsə çəkinməyim səbəb ola bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR