Bank Of Baku

Azərbaycanda bəzi Dairə Seçki komissiyalarının tərkibində dəyişiklik edilib

Azərbaycanda bəzi Dairə Seçki komissiyalarının tərkibində dəyişiklik edilib
# 12 mart 2008 15:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda əvvəlcə qurumun yanvarın 16-da keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra 18 saylı Nərimanov-Nizami, 29 saylı Səbayel, 47 saylı Mingəçevir, 108 saylı Ağstafa, 83 saylı Ağdam, 13 saylı Əzizbəyov I, 14 saylı Əzizbəyov II Seçki dairələrinin Dairə Seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Cari məsələlərin müzakirəsində MSK sədri Məzahir Pənahov qurumun son vaxtlar həyata keçirdiyi tədbirlər haqqında danışıb. O, seçki komissiyalarının üzvləri üçün keçirilən kursların uğurla başa çatdığını, kursda iştirak edənlərin hamısına sertifikatlar təqdim olunduğunu deyib. Qarşıdan gələn prezident seçkilərində müşahidəçilər üçün bütün şəraitin yaradılacağını bildirən M. Pənahov QHT-lərin bu prosesdə yaxından iştirak etməsini vacib sayıb. M. Pənahov bildirib ki, seçici siyahılarının aşağı məntəqə seçki komissiyalarında yenidən tərtib olunması başa çatıb. O, aprelin 5-dək siyahıların MSK-ya təqdim olunacağını, dəqiqləşmə aparıldıqdan sonra təsdiq ediləcəyini qeyd edib. Bundan sonra siyahılar aşağı seçki komissiyalarına göndəriləcək və MSK-nın rəsmi saytında yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR