Bank Of Baku

İKT Xarici İşlər Nazirləri Şurasının toplantısında qurumun Nizamnaməsinə dəyişikliklər edilməsi barədə razılıq əldə olunub

İKT Xarici İşlər Nazirləri Şurasının toplantısında qurumun Nizamnaməsinə dəyişikliklər edilməsi barədə razılıq əldə olunub
# 12 mart 2008 15:53 (UTC +04:00)
57 ölkə ilə iki ilə yaxın davam edən müzakirələrdən sonra İKT üzvləri təşkilatın Nizamnaməsinə dəyişiklikləri məqbul sayıblar. APA-nın məlumatına görə, toplantıdan sonra Seneqalın xarici işlər naziri Çeyx Tidiano Qadio bildirib ki dəyişikliklər ötən il yaradılmış İslam Həmrəyliyi Fondunun gücləndirilməsi, Afrika xalqlarına kömək məqsədilə yoxsulluq əleyhinə fondun yaradılması və İKT üzvlərinin borcunun silinməsi ilə bağlı proqram yaradılması barədə müddəaları əhatə edir. Qeyd edək ki, İslam Konfransı Təşkilatının Nizamnaməsi 1972-də qəbul olunub. Seneqal xarici siyasət idarəsinin rəhbəri təşkilatın Nizamnaməsinin müasir dövrün tələbləri ilə tam ayaqlaşmadığını, bu səbəbdən modern dünya üçün modern nizamnamə lazım olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR