Bank Of Baku

“Azadlıq” blokunda prezident seçkilərinə hazırlıq başlayıb

“Azadlıq” blokunda prezident seçkilərinə hazırlıq başlayıb
# 12 mart 2008 16:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. ““Azadlıq” bloku prezident seçkilərində iştirakla bağlı qəti qərar verməsə də, blokda seçkiyə hazırlıq gedir. Çünki demokratik şərait yaranacağı halda, blokun seçkilərə qatılmaq ehtimalı var”. APA-nın məlumatına görə, bunu bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib. Onun sözlərinə görə, seçki yaxınlaşdığından seçki hazırlığı ilə bağlı müəyyən müzakirələr aparmağa ehtiyac var. Seçkilərin boykot olunması barədə qəti qərarın verilmədiyini bildirən Ə. Kərimlinin sözlərinə görə, blokun irəli sürdüyü təkliflərin müəyyən hissəsi yerinə yetirilsə, seçkiyə qatılacaqlar: “Biz hazırlıqları ona görə aparırıq ki, az da olsa, tələblərimiz yerinə yetirilsə, seçkidə iştirak edəsi olsaq, prosesdən geri qalmayaq. Seçki Məcəlləsinə dəyişiklik ediləcəksə, sərbəst toplaşmaq azadlığı bərpa olunacaqsa, siyasi məhbus problemi həll ediləcəksə, televiziyalarda müxalifətə yer veriləcəksə və seçki kampaniyası aparmaq üçün şərait olacaqsa, seçkiyə qatılacağıq”. Bununla belə, Ə. Kərimli seçki komissiyalarının tərkibinin dəyişməsini vacib sayır: “Seçki komissiyalarının tərkibi ilə bağlı güzəştə getməyəcəyik, bu, əsas prinsipimizdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR