Bank Of Baku

Serj Sarkisyan: “Türkiyə-Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığı hərbi ittifaqa çevrilməkdədir”

Serj Sarkisyan: “Türkiyə-Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığı hərbi ittifaqa çevrilməkdədir”
# 13 mart 2008 08:35 (UTC +04:00)
Onun fikrincə, Türkiyə-Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığı hərbi ittifaqa çevrilməkdədir. Bununla yanaşı, S. Sarkisyan Ermənistanın regional layihələrdən kənarda qaldığını düşünmür: “Mən Bakı-Ceyhan neft kəmərinin Ermənistan ərazisindən keçməməsini itirilmiş imkan kimi qiymətləndirmirəm. Ona görə ki, bizə bu kəmərin Ermənistandan keçməsi müqabilində Dağlıq Qarabağı Azərbaycan ərazisi olaraq tanımağı təklif etmişdilər, biz isə razılaşmamışdıq”. S. Sarkisyan Ermənistanın Bakı-Tiflis-Qars dəmir yolunun çəkilməsi ilə uduzduğu haqda fikirlərlə də razı olmadığını söyləyib: “Əksinə, bu gün bir çox Ermənistan vətəndaşı Gürcüstan vasitəsilə Türkiyəyə gedir və dəmir yolunun tikintisi bu əlaqələrin qurulmasını xeyli asanlaşdıracaq. Ona görə də bundan faciə düzəltmək lazım deyil”. S. Sarkisyan Bakı-Tiflis-Qars layihəsinin Ermənistana yox, daha böyük dövlətlərə (Rusiyanı nəzərdə tutur) qarşı yönəldiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR