Bank Of Baku

ABŞ-Rusiya məsləhətləşmələrində Azərbaycanda yerləşən Qəbələ RLS-dən birgə istifadə məsələsi də müzakirə olunacaq - YENİLƏNİB

ABŞ-Rusiya məsləhətləşmələrində Azərbaycanda yerləşən Qəbələ RLS-dən birgə istifadə məsələsi də müzakirə olunacaq - <font color=#FF0000>YENİLƏNİB</font>
# 13 mart 2008 10:44 (UTC +04:00)
APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, Rusiya və ABŞ-ın müdafiə və xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdə, əsasən raket hücumundan müdafiə, Strateji Silahların İxtisarı Haqqında Müqavilə və Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilə ilə bağlı məsələlər müzakirə olunacaq. Amerika tərəfi görüşə Polşa və Çexiyada raket hücumundan müdafiə obyektlərində Rusiya zabitlərinin iştirakını nəzərdə tutan etimad təklifləri, radar quraşdırılarkən Rusiyaya doğru istiqamətlənməməsi və digər təkliflərlə gəlir. Moskva görüşündə Rusiya ilə ABŞ-ın Qəbələ RLS-dən birgə istifadə etməsi məsələsinin müzakirə olunub-olunmayacağı barədə sualı cavablandıran ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik APA-ya bu barədə məlumatı olmadığını bildirib. Bununla belə, o, ABŞ-ın siyasətinin hər sahədə əməkdaşlığa yönəldiyini qeyd edib: “Ötən ilin sentyabrında Amerikadan nümayəndə heyəti gəldi, Qəbələ RLS-ə səfər etdi, stansiyanın potensialını öyrəndi. Qəbələ RLS-lə bağlı məsələ hələ bitməyib”.
Bu arada Ağ Ev ABŞ dövlət katibi Kondoliza Rays və müdafiə naziri Robert Geytsin Moskvaya səfər edəcəyini təsdiqləyib. Ağ Evdən bildirilib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Corc Buş ötən həftə telefonla danışaraq bu görüş barədə razılığa gəliblər. “Prezident Buş dövlət katibi və müdafiə nazirindən xahiş edib ki martın 17-18-də Moskvada məsləhətləşmələr aparsınlar” deyən Ağ Evin nümayəndəsi, məsləhətləşmələrdə Amerikanın raket hücumundan müdafiə sistemlərinin Çexiya və Polşada yerləşdirilməsi, habelə Azərbaycanda yerləşən Qəbələ RLS-dən birgə istifadə məsələlərinin müzakirə olunacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR