Bank Of Baku

Sərdar Cəlaloğlu: “Pənah Hüseynlə görüşümüzdə biabırçı heç nə olmayıb”

Sərdar Cəlaloğlu: “Pənah Hüseynlə görüşümüzdə biabırçı heç nə olmayıb”
# 13 mart 2008 10:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Prezident seçkilərində müxalifətdən olacaq namizədlərin koalisiyasının yaradılması ilə bağlı indiyə qədər hər hansı müzakirə aparılmayıb. Pənah Hüseyn məhz bu təklifi ilə bağlı mənimlə hər hansı görüş keçirməyib”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O, P. Hüseynlə təkbətək görüş keçirmədiyini, 2003-cü ilin 15-16 oktyabr hadisələrinə görə həbs olunmuş digər müxalifət liderləri ilə birlikdə masa arxasında müxtəlif mövzular haqda söhbət apardıqlarını bildirib. S. Cəlaloğlu “Pənah Hüseynin mənimlə nə üçün görüşdüyünü desəm, böyük biabırçılıq olar” sözlərini jurnalistlərlə söhbətində zarafatla söylədiyini vurğulayıb: “Mən heç vaxt dediyim sözün arxasından qaçmıram. Amma həmin sözləri jurnalistlərə açıqlama vermək üçün yox, açıqlama verməmək üçün demişəm. Əslində həmin görüşümüzdə biabırçı heç nə olmayıb”.
Pənah Hüseyn isə APA-ya bildirib ki, bir müddət əvvəl Ümid Partiyasının sədri İqbal Ağazadənin təşəbbüsü ilə 2003-cü ilin oktyabr hadisələrinə görə Avropa İnsan Haqları Məhkəməsinə edilmiş şikayətlərlə bağlı müzakirə aparıblar: “Söhbət əsnasında qeyri-rəsmi şəkildə bir neçə məsələyə, o cümlədən Sərdar bəyin prezident seçkilərində iştirakı ilə bağlı ADP-nin qərarına toxunmuşuq və ona uğurlar arzulamışıq. Orada mən belə bir fikir ifadə etmişdim ki, həqiqətən Sərdar bəy ciddi seçki kampaniyası aparmaq istəyirsə, cəmiyyəti və o cümlədən bizləri iqtidarla adekvat mübarizə aparacağına inandırmalıdır. Mən seçki mövzusunda hansısa müxalifət siyasətçisi ilə xüsusi müzakirə aparmamışam. Guya ictimai rəyə çıxarılması mümkün olmayan hansısa biabırçı məsələ ilə də bağlı Sərdar bəylə söhbətim olmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR