Bank Of Baku

İxtisaslaşmış qaçqın, köçkün, əlil və veteranların məsələləri qrupundan üç nəfər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizəd seçilib

İxtisaslaşmış qaçqın, köçkün, əlil və veteranların məsələləri qrupundan üç nəfər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizəd seçilib
# 13 mart 2008 11:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizədlərin seçilməsi məqsədilə ixtisaslaşmış qaçqın, köçkün, əlil və veteranların məsələləri qrupunun yığıncağı keçirilib. APA-nın məlumatına görə, Prezidentin İcra Aparatının (PİA) ictimai-siyasi şöbəsinin sektor müdiri Tahir Süleymanov prezident İlham Əliyevin 2007-ci ilin dekabrın 13-də QHT-lərə Dövlət Dəstəyi haqqında Əsasnaməni təsdiq etdiyini və bundan sonra Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması istiqamətində müvafiq addımlar atıldığını deyib. Onun sözlərinə görə, bu günə qədər şurada təmsil olunmaq üçün Prezidentin İcra Aparatına 500 QHT müraciət edib və 414 QHT-nin seçkilərdə iştirakı barədə qərar qəbul olunub. Bundan sonra yığıncaqda iclasın sədri, katibi və say komissiyası seçilib. Şuranın üzvlüyünə namizədliyini irəli sürən 39 nəfərdən 17 nəfəri namizədliyini geri götürüb. 22 nəfər arasında keçirilən seçkidə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov və Beynəlxalq Əlillər İttifaqının sədri Davud Rəhimov qaçqın, köçkün, əlil və veteranların məsələləri qrupundan Şura üzvlüyünə namizəd seçiliblər. Qeyd edək ki, prezidentin sərəncamı əsasında yaradılan Qeyri-hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının tərkibinə 8 QHT və 3 hökumət nümayəndəsi daxil ediləcək. Bundan sonra qeydiyyat prosesi başlayacaq və nümayəndələr aidiyyəti üzrə sektorlarda təmsil olunacaqlar. Şuranın sədri, müavini və katibi seçki yolu ilə müəyyənləşəcək. Hər Şura üzvü 4 il müddətinə seçiləcək, qurumun sədri isə 2 ildən bir dəyişdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR