Bank Of Baku

Böyük Britaniya və İspaniya XİN alimlərinin Azərbaycanın işğal altında olan Azıx mağarasında tədqiqat aparması barədə məlumatlara inanmır

Böyük Britaniya və İspaniya XİN alimlərinin Azərbaycanın işğal altında olan Azıx mağarasında tədqiqat aparması barədə məlumatlara inanmır
# 13 mart 2008 11:35 (UTC +04:00)
Bu barədə APA-ya Böyük Britaniyanın Xarici Siyasət Departamentinin mətbuat xidmətindən bildirib. Bununla belə, Departamentdən bu məsələni izləyəcəklərini də deyiblər.
İspaniyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən də APA-ya bildirilib ki, belə bir müqavilənin imzalandığı barədə onlarda məlumat yoxdur. Mətbuat xidmətindən ölkədə mindən artıq tədqiqat aparan təşkilatın olduğu bildirilib: “Lakin həqiqətən də belə bir müqavilə varsa, onu imzalayan təşkilatın dövlət strukturu olmadığını əminliklə söyləyə bilərik”.
Azərbaycanın İspaniya və Böyük Britaniyadakı səfirlikləri də yayılmış informasiyanın həqiqətə uyğun olub-olmadığını artıq araşdırmağa başlayıblar. XİN mətbuat katibi Xəzər İbrahim APA-ya bildirib ki, informasiya təsdiqlənərsə, Azərbaycan həmin dövlətlərə mövqeyini bəyan edəcək və bu cür qeyri-qanuni fəaliyyətin dərhal dayandırılmasına nail olacaq.
Qeyd edək ki, 1 il əvvəl Ermənistana, oradan isə Dağlıq Qarabağa səfər edən rusiyalı velosipedçi yol boyu və işğal altında olan Azərbaycan torpaqlarında video-çəkilişlər aparıb. Böyük Britaniya və İspaniyadan olan alimlərin Azıx mağarasında tədqiqat aparması üçün 25 il müddətinə müqavilə bağlandığı barədə də həmin video-çəkilişlərdə məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR