Bank Of Baku

Ermənipərəst konqresmenlər Azərbaycana hərbi yardımın azaldılması üçün imzatoplama kampaniyasına başlayıblar

Ermənipərəst konqresmenlər Azərbaycana hərbi yardımın azaldılması üçün imzatoplama kampaniyasına başlayıblar
# 13 mart 2008 12:44 (UTC +04:00)
APA-nın məlumatına görə, onlar bu müraciəti Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə göndərərək, 2009-cu il büdcəsində Ermənistana hərbi yardımın ayrılmasına ədalətlə yanaşmağı tələb edəcəklər. Müraciət müəllifləri Azərbaycana hərbi yardımın azaldılmasını, Ermənistana 5 milyon dollar hərbi yardım və 70 milyon dollar iqtisadi yardım, Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən qondarma “Dağlıq Qarabağ Respublikası”na 10 milyon dollar yardım ayrılmasını və bu tanınmamış qurumla diplomatik əlaqələrin yaradılmasını tələb edirlər.
Qeyd edək ki, Ağ Evin hazırladığı 2009-cu il üçün dövlət büdcəsində Ermənistana ayrılan maddi yardımın 59 faiz azalmasını nəzərdə tutulub. Eyni zamanda büdcədə Azərbaycanla Ermənistana ayırılan hərbi yardımın eyni səviyyədə saxlanılması qərara alınıb. Xatırladaq ki, bu həftə Amerika Azərbaycanlılarının Şəbəkəsi (USAN) Amerikanın bütün icra və seçilmiş orqanlarına müraciət edərək demokratikləşmə məqsədi ilə müstəqillik dövründən Ermənistana ayrılan 2 milyard dollardan artıq vəsaitin heç bir irəliləyişə xidmət etmədiyini bəyan ediblər. USAN qeyd edib ki, ABŞ-ın bütün yardımlarına baxmayaraq, Köçəryan rejimi, avtoritar mahiyyətini saxlayaraq, saxtalaşdırılmış seçkilərə etiraz edən dinc sakinlərə silah qaldırıb və nəticədə 8 insan dünyasını dəyişib, yüzlərlə vətəndaş isə həbs edilib.
Amerikalı konqresmenlərin başladığı imzatoplama kampaniyasına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim APA-ya açıqlamasında həmin şəxslərin birbaşa erməni seçicilərinin və erməni qrupların maraqlarından çıxış etdiklərini deyib: “Əfsuslar olsun ki, həmin konqresmenlərin regional məsələlərlə bağlı mövqeləri mütəmadi olaraq ABŞ-ın milli maraqlarına deyil, öz dar siyasi maraqlarına əsaslanır. Bu, həm də onu göstərir ki, biz öz siyasətimizi düzgün qurmuşuq və ABŞ-la münasibətlərimizi məhz strateji tərəfdaşlıq kimi inkişaf etdiririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR