Bank Of Baku

Almaniyada yaşayan azərbaycanlılar martın 22-də Köln şəhərində etiraz aksiyası keçirəcəklər

Almaniyada yaşayan azərbaycanlılar martın 22-də Köln şəhərində etiraz aksiyası keçirəcəklər
# 13 mart 2008 16:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Almaniyada yaşayan azərbaycanlılar martın 22-də Köln şəhərində İran rejiminin Güney Azərbaycan Milli Hərəkatının fəallarını həbs etməsinə etiraz olaraq aksiya keçirəcəklər. Aksiya İranda yaşayan azərbaycanlılara dəstək xarakteri daşıyır. Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyindən APA-ya daxil olan məlumata görə, Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü ilə keçiriləcək aksiyada həbs edilənlərə ağır işgəncələrin verilməsinin və həbslərin dayandırılması tələb ediləcək. Piketdə Köln şəhərində fəaliyyət göstərən bir sıra təşkilatlar və tələbələr də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR