Bank Of Baku

Azərbaycanın xarici işlər naziri bu gün İKT-nın sammitində çıxış edəcək

Azərbaycanın xarici işlər naziri bu gün İKT-nın sammitində çıxış edəcək
# 14 mart 2008 08:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Seneqalın paytaxtı Dakarda İslam Konfransı Təşkilatının (İKT) 11-ci sammiti bu gün işini davam etdirir. XİN mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən xarici işlər naziri Elmar Məmmədyarov bu gün toplantıda çıxış edəcək. Dünən başlamış sammit bu gün yekunlaşacaq, toplantının sonunda sənədlər imzalanacaq.
Qeyd edək ki, sammitdə təşkilatın adının dəyişdirilməsi barədə qərarın veriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR