Bank Of Baku

Yeni Azərbaycan Partiyasının icra katibi: “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması növbəti təxribatdır”

Yeni Azərbaycan Partiyasının icra katibi: “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması növbəti təxribatdır”
# 14 mart 2008 10:11 (UTC +04:00)
O bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığına qayğı ilə yanaşılır. Baş verən hadisə isə söz və mətbuat azadlığına zərbədir. Ə. Əhmədov deyib ki, burada təxribat var: “Baş vermiş hadisənin Azərbaycan hökumətinin üstünə atılması cəhdləri düzgün deyil. Bu hadisənin arxasında məkrli niyyətlər var. Təxribatın törədilməsində məqsəd Azərbaycan hakimiyyətinin üzərinə kölgə salmaqdır. Bu məsələnin arxasında kimlərin dayandığını həm hökumət, həm mətbuat birgə araşdırıb üzə çıxarmalıdır”.
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da müxbirin bıçaqlanmasına münasibət bildirib. Milli Məclisin bugünkü iclasında Azərbaycan hökuməti illik hesabatını təqdim edəndən sonra deputat Pənah Hüseyn Aqil Xəlilin bıçaqlanmasına münasibət bildirilməsini tələb edib. O. Əsədov baş vermiş hadisənin bu gün səhər müzakirə olunduğunu, hadisəyə münasibət bildirildiyini deyib: “Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir”.
Qeyd edək ki, “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlil artıq palataya köçürülüb. Bu barədə APA-ya “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov məlumat verib. Onun sözlərinə görə, hazırda müxbir özünü yaxşı hiss edir. Onun yerləşdirildiyi palata polis mühafizəsi ilə təmin edilib. A. Əhmədov əlavə edib ki, bu gün günorta saatlarında ABŞ səfirliyi, ATƏT və Avropa Şurasının nümayəndələri də müxbirə baş çəkəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR