Bank Of Baku

İxtisaslaşmış iqtisadi və sosial məsələlər qrupun Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə üç namizəd seçilib

İxtisaslaşmış iqtisadi və sosial məsələlər qrupun Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə üç namizəd seçilib
# 14 mart 2008 11:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizədlərin seçilməsi məqsədilə ixtisaslaşmış iqtisadi və sosial məsələlər qrupunun yığıncağı keçirilib. APA-nın məlumatına görə, Prezidentin İcra Aparatının (PİA) ictimai-siyasi şöbəsinin sektor müdiri Tahir Süleymanovu da iştirak etdiyi yığıncaqda iclasın sədri, katibi və say komissiyası seçilib. Şura üzvlüyünə namizədliyini irəli sürən 30 nəfərdən 7 nəfəri namizədliyini geri götürüb. 23 nəfər arasında keçirilən seçkidə Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının prezidenti Ələkbər Məmmədov 35, “Mülk” İctimai Assosiasiyasının prezidenti Dilarə Vəliyeva 22 səslə ixtisaslaşmış iqtisadi və sosial məsələlər qrupundan Şura üzvlüyünə namizəd seçiliblər. “Ümid” Humanitar Sosial Dayaq Mərkəzinin direktoru İsrail İsgəndərov və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bir yerə eyni (21 səs) sayda səs topladıqlarından, onların arasında püşkatma keçirilib. Azad İstehlakçılar Birliyinin sədri E. Hüseynov püşkatma yolu ilə həmin qrupundan Şura üzvlüyünə namizəd seçilib. Qeyd edək ki, prezidentin sərəncamı əsasında yaradılan Qeyri-hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının tərkibinə 8 QHT və 3 hökumət nümayəndəsi daxil ediləcək. Bundan sonra qeydiyyat prosesi başlayacaq və nümayəndələr aidiyyəti üzrə sektorlarda təmsil olunacaqlar. Şuranın sədri, müavini və katibi seçki yolu ilə müəyyənləşəcək. Hər Şura üzvü 4 il müddətinə seçiləcək, qurumun sədri isə 2 ildən bir dəyişdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR