Bank Of Baku

Səməd Seyidov AŞ PA Bürosunun iclasında Ermənistandakı vəziyyətlə bağlı çıxış edib

Səməd Seyidov AŞ PA Bürosunun iclasında Ermənistandakı vəziyyətlə bağlı çıxış edib
# 14 mart 2008 12:10 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun Parisdə keçirilən iclasında Rusiya, Serbiya və Ermənistanda keçirilmiş seçkilər və seçki sonrası vəziyyət müzakirə olunub. Bu barədə APA-ya Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. O, Ermənistandakı vəziyyətin müzakirəsi zamanı çıxış etdiyini bildirib: “Dedim ki, bu məsələyə ikili standartlarla yanaşmaq olmaz. Gürcüstanda fövqəladə vəziyyət elan olunanda Avropa Şurası bəyanatı bəyanatın dalınca verirdi, bəs necə olur ki, Ermənistanda siyasi motivlərlə yüzlərlə insanın həbs olunduğu bir şəraitdə Avropa Şurası hələ də öz mövqeyini araşdırmaq istiqamətində fəaliyyət göstərir?” S. Seyidov Büronun Ermənistandakı vəziyyətlə bağlı çox ciddi araşdırma aparılması barədə qərar qəbul etdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR