Bank Of Baku

AMİP-in növbədənkənar qurultayı apreldə keçiriləcək

AMİP-in növbədənkənar qurultayı apreldə keçiriləcək
# 14 mart 2008 12:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Gələn həftə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının növbəti iclası keçiriləcək. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, iclasda partiyanın növbədənkənar qurultayının vaxtı müəyyən olunacaq. Onun sözlərinə görə, qurultayın aprelin sonuna kimi keçirilməsi nəzərdə tutulur. Qurultayda partiyaya yeni sədr seçiləcək və bu il keçiriləcək prezident seçkilərində iştirakla bağlı qərar qəbul olunacaq. Ə. Orucov hələlik partiyanın sədrliyinə yalnız iki nəfərin partiyanın Goranboy və Nərimanov rayon təşkilatlarının rəhbərlərinin öz iddialarını ortaya qoyduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR