Bank Of Baku

Səməd Seyidov: “Monitorinq Komitəsində çox ciddi müzakirələr aparılacaq”

Səməd Seyidov: “Monitorinq Komitəsində çox ciddi müzakirələr aparılacaq”
# 14 mart 2008 12:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Martın 18-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin (MK) iclası keçiriləcək. Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya bildirib ki, Azərbaycan bu iclasda istənilən məsələnin müzakirəsinə hazırdır: “İnsan haqları ilə bağlı məsələlər, öhdəliklərin yerinə yetirilməsi, məruzəçilərin hazırladığı məlumat əsasında aparılacaq fikir mübadiləsi nəticəsində gələcək addımlar müəyyənləşdiriləcək. Biz bu müzakirələrə hazırıq”.
Qeyd edək ki, iclasda AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Azərbaycana fevralın əvvəlində gerçəkləşən səfərləri ilə bağlı məlumat təqdim edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR