Bank Of Baku

Azərbaycan Qazaxıstanın Avropa Şurasında müşahidəçi statusu almasını dəstəkləyib

Azərbaycan Qazaxıstanın Avropa Şurasında müşahidəçi statusu almasını dəstəkləyib
# 14 mart 2008 12:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Komitənin iclasında Qazaxıstanın Avropa Şurasına müşahidəçilik statusu qəbul olunması barədə müzakirələr aparılıb. İclasda iştirak edən Milli Məclisin AŞ PA-daı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya bildirib ki, Azərbaycan müzakirələr zamanı Qazaxıstana müşahidəçi statusu verilməsi təklifini dəstəkləyib: “Azərbaycan Qazaxıstanla qonşudur, biz bir mövqedən çıxış edir, bir çox məsələlərdə tərəfdaşlıq edirik. Hesab edirik ki, Avropa Şurasında Qazaxıstanın müşahidəçi statusu ilə təmsilçiliyi Azərbaycan üçün xeyirli və önəmlidir. Bizim mövqe komitədə tam dəstək tapdı, əksər deputatlar bu fikrə, mövqeyə öz dəstəklərini verdilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR