Bank Of Baku

Azərbaycanda İsrail, İsraildə isə Azərbaycan günləri keçiriləcək

Azərbaycanda İsrail, İsraildə isə Azərbaycan günləri keçiriləcək
# 14 mart 2008 14:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) və İsrail Azərbaycanlıları Konqresinin (İAK) təşəbbüsü ilə bu il aprelin sonunda Azərbaycanda İsrail Günləri keçiriləcək. DAK-ın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində İsrail dövlətinin yaranmasının 60 illiyi də qeyd olunacaq. Tədbirlərdə rəsmi şəxslər, İsrail Knessetinin (parlament) üzvləri və Azərbaycan Milli Məclisinin deputatları iştirak edəcək.
Bu il may ayının sonlarında isə İsraildə Azərbaycan Günləri keçiriləcək. İsrail Azərbaycanlıları Konqresinin sədri Aleks Şapiro Suliman bildirib ki, tədbir çərçivəsində Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 90 illiyi də qeyd olunacaq. Mərasimdə İsrailin bir sıra dövlət rəsmiləri, Knessetin (parlament) üzvləri, Azərbaycan Milli Məclisinin deputatları və digər qonaqlar iştirak edəcək. İAK sədri mayın 10-da Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə bağlı yubiley mərasiminin keçiriləcəyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR