Bank Of Baku

General Yaşar Dəmirbulaq: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT və BMT-dən nə isə gözləmək sadəlövhlük olardı”

General Yaşar Dəmirbulaq: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT və BMT-dən nə isə gözləmək sadəlövhlük olardı”
# 14 mart 2008 14:46 (UTC +04:00)
O, Azərbaycanda hərbi müşavir vəzifəsində çalışdığı dövrdə də belə təkliflərin zaman-zaman səsləndiyini bildirib: “O zaman mülki əhalini Kəlbəcərdən çıxarmaq üçün Türkiyədən vertolyotlar istənmişdi. Mən isə bunu mümkün olmayacağını demişdim. Müharibə uşaq oyuncağı deyil. Hazırkı situasiyada Azərbaycan hava hücumundan müdafiə sistemini gücləndirməlidir. Əgər, Dağlıq Qarabağın hava hücumundan müdafiə sistemi MDB Hava Hücumundan Kollektiv Müdafiə Sisteminə daxildirsə, işə daha ciddi yanaşmağınız lazımdır”. General Yaşar Dəmirbulaq atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan tərəfinin itkilər verməsinə təəssüfləndiyini bildirib: “Xırda miqyaslı çatışmalardan ziyansız çıxmağa çalışmaq lazımdır. Bu, dünyada qəbul olunmuş qaydadır - heç kim qan tökərək girdiyi yerdən qan tökmədən çıxmaz. ATƏT və BMT-dən nə isə gözləmək sadəlövhlük olardı. Men tarixdə belə bir misala rast gəlməmişəm. Azərbaycan Qarabağ torpaqlarına sahib olmaq istəyirsə, bunun yeganə yolu silahlı gücdən istifadə etməkdir. Güclü ordu qurmaq lazımdır. Yalnız quru qüvvələri ilə hücuma keçmək deyil, hava qüvvələrinin də gücündən maksimum dərəcədə istifadə etmək qaçılmazdır. Nizami ordunu gücləndirmək üçün bütün vasitələrdən istifadə edilməlidir”. Qeyd edək ki, general Yaşar Dəmirbulağın valideynləri sovetlər qurulan zaman İrəvan yaxınlığındakı Dəmirbulaq kəndindən Qarsa köç edib. Türkiyənin Vaşinqtonda hərbi attaşesi vəzifəsində çalışan Yaşar Dəmirbulaq Azərbaycanda ordu quruculuğu mərhələsində sabiq prezident Əbülfəz Elçibəyin hərbi müşaviri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR