Bank Of Baku

Venesiya Komissiyasının iclasında Azərbaycanın Seçki Məcəlləsi ətrafında müzakirələr aparılıb

Venesiya Komissiyasının iclasında Azərbaycanın Seçki Məcəlləsi ətrafında müzakirələr aparılıb
# 14 mart 2008 14:59 (UTC +04:00)
Venesiya Komissiyasının üzvü Ayvers Envinçin APA-ya verdiyi məlumata görə, müzakirələr zamanı seçki komissiyalarının üzvlərinin seçkilərin nəticələrini saxtalaşdıra bilmə imkanına malik olmasından narahatlıq ifadə edilib. Onlar seçki komissiyalarının tərkibində balansın yaradılması üçün oraya müxalifət nümayəndələrinin də daxil edilməsini vacib sayıblar. Bununla belə, iclasda hər hansı qərar qəbul olunmayıb. Ayvers Envinçin sözlərinə görə, müzakirələr çərçivəsində Azərbaycan hökuməti ilə Venesiya Komissiyasının nümayəndələri arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb. Danışıqların yekunu olaraq tərəflər Seçki Məcəlləsi Milli Məclisdə müzakirə olunduqdan sonra aprel-may aylarında daha bir görüşün keçirilməsi barədə razılıq əldə ediblər. Danışıqların Bakı, yoxsa Strasburqda keçiriləcəyi hələ dəqiqləşməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR