Bank Of Baku

Elmar Məmmədyarov: “İslam ölkələri öz ərazilərindəki münaqişələri beynəlxalq hüquq normaları əsasında həll etmək üçün səyləri gücləndirməlidir”

Elmar Məmmədyarov: “İslam ölkələri öz ərazilərindəki münaqişələri beynəlxalq hüquq normaları əsasında həll etmək üçün səyləri gücləndirməlidir”
# 14 mart 2008 15:43 (UTC +04:00)
APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstəyə görə İKT ölkələrinə təşəkkürünü bildirib: “Biz beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçılıq siyasətini pisləməyə və Azərbaycanın öz suverenliyini bərpa etmək cəhdlərinə dəstək verməyə çağırırıq”. BMT-nin bu gün keçirilən plenar sessiyasında “Azərbaycanın işğal altında olan vəziyyətə dair” adlı qətnamənin qəbulu ilə bağlı səsvermə keçiriləcəyini bildirib: “Mən bütün İslam Konfransı Təşkilatı ölkələrini bu qətnamə layihəsinə səs verməyə çağırıram. Sizin dəstəyiniz Azərbaycana münasibətdə İslam həmrəyliyi və qardaşlıq münasibətinin təcəssümü olacaq”. Öz çıxışında Azərbaycanın İKT-nin fəaliyyətinə verdiyi töhfələrə toxunan Elmar Məmmədyarov sammit iştirakçılarını qurumun Bakıda keçirilən zirvə görüşü barədə məlumatlandırıb. Fələstin və Qəzza sektorunda baş verən hadisələrə toxunan XİN başçısı bütün islam ölkələrini öz ərazilərindəki münaqişələri beynəlxalq hüquq normaları əsasında həll etmək üçün səyləri gücləndirməyə çağırıb. Elmar Məmmədyarov çıxışında islamofobiya və müsəlman milli azlıqların məsələsinə də toxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR