Bank Of Baku

Macarıstan vətəndaşı öz təşəbbüsü ilə Azərbaycan zabiti Ramil Səfərov haqqında saytın əsas bölmələrini macar dilinə tərcümə edib

Macarıstan vətəndaşı öz təşəbbüsü ilə Azərbaycan zabiti Ramil Səfərov haqqında saytın əsas bölmələrini macar dilinə tərcümə edib
# 15 mart 2008 08:11 (UTC +04:00)
Onların sözlərinə görə, bu təşəbbüslə saytın oxucularından olan Macarıstan vətəndaşı Lajos Tanko çıxış edib: “Macar tarixində ilk dəfədir ki, bir nəfəri qətlə yetirənə ömürlük həbs cəzasının verilməsini eşidirəm və bu, böyük ədalətsizlikdir” deyən macar Lajos Tanko saytımızı könüllü olaraq macar dilinə tərcümə etmək istədiyini bildirib. Nəticədə bu gün saytın ən önəmli üç bölməsi (“Ramil haqqında”, “Erməni həqiqətləri”, “Erməni vəhşilikləri”) cənab Tanko tərəfindən macar dilinə tərcümə edilib. Beləliklə sayt artıq üç dildə - Azərbaycan türkcəsi, ingilis və macar dillərində yayımlanacaq”.
Məlumata görə, Peter adlı başqa bir macar isə üzərinə R. Səfərovun şəkli və macar dilində “Vətənini sevən bu insana real bir termin veririk: Siyasi məhbus! Hansı ki, ermənilərin onun vətəninə, millətinə işgəncə verməsinə nifrət edir, hansı ki onların azərbaycanlı körpələri öldürməsinə nifrət edir, hansı ki kiminsə ona lağ, rişxənd etməsinə nifrət edir. Ramil Səfərovla ədalətli olun!” sözləri yazılan slayd hazırlayaraq müxtəlif elektron ünvanlara göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR