Bank Of Baku

Həsrət Rüstəmov: “ADP ətrafında kölgə kabinetinin formalaşdırılması prosesi seçkilərə start verilənə kimi yekunlaşacaq”

Həsrət Rüstəmov: “ADP ətrafında kölgə kabinetinin formalaşdırılması prosesi seçkilərə start verilənə kimi yekunlaşacaq”
# 15 mart 2008 09:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) bu il keçiriləcək prezident seçkilərində Sərdar Cəlaloğlunun namizədliyinin irəli sürülməsi barədə qərarına yenidən baxmaq fikrində deyil. ADP sədrinin birinci müavini Həsrət Rüstəmovun APA-ya verdiyi məlumata görə, bu qərar partiyanın Ali Məclisində qəbul olunub və qərara yenidən baxılmasını vacib edən situasiyanın yaranacağını proqnozlaşdırılmır. H. Rüstəmov hazırda ADP ətrafında kölgə kabinetinin formalaşdırılması prosesinin getdiyini və bu prosesin seçkilərə start verilənə kimi yekunlaşacağını deyib: “Müxalifət seçkiyə vahid namizədlə qatıla bilməsə də, istənilən müxalifət namizədi qalib gələcəyi halda təkcə öz partiyasının potensialından yox, bütün müxalifət komandasından istifadə etməlidir. Biz belə bir komanda formalaşdırmağa başlamışıq və bu, müxalifətin vahid komandasıdır”. Komandanın formalaşmasında əsas prinsip kimi professionallığın götürüldüyünü deyən H. Rüstəmov burada digər müxalifət partiyalarının kadrlarının, QHT rəhbərlərinin, vaxtilə hakimiyyətdə işləmiş şəxslərin və hətta hazırkı hökumətdə işləyən kadrların da təmsil olunmasının nəzərdə tutulduğunu qeyd edib: “Burada əsas vəzifələrin bölgüsü də nəzərdə tutulur. İqtisadi sahəyə, xarici siyasət idarəsinə, müdafiə sahəsinə, güc nazirliklərinə kimlər rəhbərlik edəcək şəxslər əvvəlcədən müəyyənləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR