Bank Of Baku

İxtisaslaşmış təhsil, elm və mədəniyyət məsələləri qrupundan Azərbaycan Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizədlər müəyyənləşib

İxtisaslaşmış təhsil, elm və mədəniyyət məsələləri qrupundan Azərbaycan Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizədlər müəyyənləşib
# 15 mart 2008 11:09 (UTC +04:00)
APA-nın məlumatına görə, Prezidentin İcra Aparatının (PİA) ictimai-siyasi şöbəsinin sektor müdiri Tahir Süleymanovun da iştirak etdiyi yığıncaqda iclasın sədri, katibi və say komissiyası seçilib. Şura üzvlüyünə namizədliyini irəli sürən 55 nəfərdən 16-sı namizədliyini geri götürüb. 39 nəfər arasında keçirilən seçkidə Milli QHT Forumunun prezidenti Azay Quliyev, “Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Anar Əsədov və “Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli ixtisaslaşmış təhsil, elm və mədəniyyət məsələləri qrupundan Şura üzvlüyünə namizəd seçiliblər.
Qeyd edək ki, prezidentin sərəncamı əsasında yaradılan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının tərkibinə 8 QHT və 3 hökumət nümayəndəsi daxil ediləcək. Bundan sonra qeydiyyat prosesi başlayacaq və nümayəndələr aidiyyəti üzrə sektorlarda təmsil olunacaqlar. Şuranın sədri, müavini və katibi seçki yolu ilə müəyyənləşəcək. Hər Şura üzvü 4 il müddətinə seçiləcək, qurumun sədri isə 2 ildən bir dəyişdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR