Bank Of Baku

Milli Məclisin deputatı Azər Əmiraslanov Tiflisə gedib

Milli Məclisin deputatı Azər Əmiraslanov Tiflisə gedib
# 16 mart 2008 08:54 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin deputatı Azər Əmiraslanov bu gün Gürcüstanın paytaxtı Tiflisə səfərə yola düşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, A. Əmiraslanov Avropa Parlamentinin Avropa Xalq Partiyası Avropa Demokratlar Qrupu ilə Pravoslav Kilsəsi arasında dialoqu çərçivəsində təşkil olunan “Cənubi Qafqaz regionunda kilsələrin rolu” mövzusunda regional görüşdə iştirak edəcək. Cənubi Qafqaz bölgəsində siyasi vəziyyətin müzakirə olunacağı tədbirdə Gürcüstan dövlətinin rəhbərliyinin, Avropa Parlamenti təmsilçilərinin, Cənubi Qafqazda fəaliyyət göstərən din xadimlərinin və bir sıra siyasi partiyaların nümayəndələrinin iştirakı nəzərdə tutulub. Görüşdə kilsə və dini icmaların bu bölgədəki regional əməkdaşlığa mümkün töhfəsi imkanları araşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR