Bank Of Baku

YAP-ın Lənkəran şəhər təşkilatı 15 yaşını qeyd edib

YAP-ın Lənkəran şəhər təşkilatı 15 yaşını qeyd edib
# 16 mart 2008 10:46 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev - APA. Yeni Azərbaycan Partiyasının (YAP) Lənkəran şəhər təşkilatı yaranmasının 15-ci ildönümünü qeyd edib. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətilə keçirilən yığıncaqda təşkilatının sədri İlqar Dadaşov çıxış edərək, YAP-ın ölkənin siyasi və ictimai həyatındakı müstəsna rolundan danışıb. O, Lənkəranda 153 ərazi təşkilatının tərkibində 8088 nəfər YAP üzvünün birləşdiyini, partiya üzvlərinin 36,5%-ni qadınların, 40,6%-ni isə gənclərin təşkil etdiyini, həmçinin 2007-ci ildə daha 636 nəfərin partiya sıralarına qəbul olunduğunu diqqətə çatdırıb.
Yığıncaqda YAP icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov və Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli çıxış edərək, təşkilata fəaliyyətində uğurlar diləyiblər. Sonda 15 nəfər gəncə partiya biletləri, bir qrup YAP fəalına isə Lənkəran Şəhər İcra Hakimiyyətinin qiymətli hədiyyələri və pul mükafatları təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR