Bank Of Baku

Müsavat Partiyası “Buxarest sammiti ərəfəsi: Azərbaycan və NATO münasibətləri” mövzusunda dəyirmi masa keçirib

Müsavat Partiyası “Buxarest sammiti ərəfəsi: Azərbaycan və NATO münasibətləri” mövzusunda dəyirmi masa keçirib
# 17 mart 2008 11:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bu gün Müsavat Partiyasının təşkilatçılığı ilə “Buxarest sammiti ərəfəsi: Azərbaycan və NATO münasibətləri” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə partiya rəhbərliyi, politoloqlar və ehtiyatda olan hərbçilər iştirak edib. Müsavat başqanı İsa Qəmbər bu ilin yanvarında partiyanın Məclisində bəyanat qəbul edərək, Azərbaycan hakimiyyətini NATO-ya üzvlüklə bağlı rəsmi müraciət etməyə çağırdıqlarını xatırladıb. O bildirib ki, hazırda Azərbaycanın NATO-ya üzv olmasına böyük ehtiyac yaranıb və bu, ölkə üçün həyati dərəcədə əhəmiyyətlidir: “NATO-ya üzv olmaqla Azərbaycanda siyasi və iqtisadi azadlıqlar beynəlxalq standartlara uyğunlaşdırılacaq. Biz ümumilikdə Cənubi Qafqazın bu yöndə seçim etməsini istəyirik. Çünki bu, regiondakı konfliktlərin də həllinə yardım edər”. İsa Qəmbər hələlik Azərbaycan hakimiyyətinin NATO-ya üzvlük istiqamətində hər hansı addım atmadığını və rəsmi müraciət etməyə hazırlaşmadığını söyləyib. Onun sözlərinə görə, Buxarest sammitinə hələ xeyli vaxt var və hakimiyyət üzvlük üçün NATO-ya rəsmi müraciət edə bilər. Müsavat Məclisinin sədri Sülhəddin Əkbər də hakimiyyətin NATO-ya üzv olub-olmamaqla bağlı mövqeyini hələ dəqiqləşdirmədiyini vurğulayıb. Ehtiyatda olan polkovnik İldırım Məmmədov, politoloqlar Zəfər Quliyev və Qabil Hüseynli çıxışlarında NATO-ya inteqrasiyanın sürətləndirilməsinin vacib olduğunu qeyb ediblər. Ehtiyatda olan hərbçi Ələkbər Məmmədov isə bildirib ki, əslində NATO-ya üzvlük siyasi məsələdir: “Amma hakimiyyət öz siyasətini bu şəkildə davam etdirsə, perspektivdə NATO-ya üzvlük görünmür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR