Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlüyünə ixtisaslaşmış gənclər və vətənpərvərlik tərbiyəsi qrupundan üç namizəd seçilib

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlüyünə ixtisaslaşmış gənclər və vətənpərvərlik tərbiyəsi qrupundan üç namizəd seçilib
# 17 mart 2008 11:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizədlərin seçilməsi məqsədilə ixtisaslaşmış gənclər və vətənpərvərlik tərbiyəsi qrupunun yığıncağı keçirilib. APA-nın məlumatına görə,
bu qrup üzrə 57 QHT qeydiyyatdan keçib, seçkilərə isə 23 namizəd iştirak edib. Azərbaycan Könüllülər İctimai Birliyinin sədri Ceyhun Osmanlı 37 səslə, Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli 19 səslə, “Gələcəyə Körpü” Gənclərin İctimai Birliyinin sədri Müşfiq Cəfərov 17 səslə Şura üzvlüyünə namizəd seçiliblər.
Qeyd edək ki, prezidentin sərəncamı əsasında yaradılan Qeyri-hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının tərkibinə 8 QHT və 3 hökumət nümayəndəsi daxil ediləcək. Bundan sonra qeydiyyat prosesi başlayacaq və nümayəndələr aidiyyəti üzrə sektorlarda təmsil olunacaqlar. Şuranın sədri, müavini və katibi seçki yolu ilə müəyyənləşəcək. Hər Şura üzvü 4 il müddətinə seçiləcək, qurumun sədri isə 2 ildən bir dəyişdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR