Bank Of Baku

Çingiz Qənizadə: “Düşünürəm ki, siyasi məhbus problemi üzrə Azərbaycana xüsusi məruzəçi təyin olunmayacaq”

Çingiz Qənizadə: “Düşünürəm ki, siyasi məhbus problemi üzrə Azərbaycana xüsusi məruzəçi təyin olunmayacaq”
# 17 mart 2008 11:29 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Düşünürəm ki, siyasi məhbus problemi üzrə Azərbaycana məruzəçi təyin olunmayacaq”. Bu barədə APA-ya Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib. Son günlər ölkədə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycana siyasi məhbus problemi üzrə məruzəçi təyin edib-etməyəcəyi məsələsi ilə bağlı çaşqınlıq yarandığını bildirən Ç. Qənizadə deyib ki, o, qurumda bu yöndə yenidən müzakirələrin aparılacağını, qərar qəbul olunacağını inandırıcı saymır: “Avropa Şurası Parlament Assambleyası Bürosunun martın 13-də Parisdə keçirilən iclasında bu məsələ öz həlini tapmayıbsa, hesab edirəm ki, Azərbaycana siyasi məhbus problemi üzrə məruzəçi təyin olunmayacaq”. Ç. Qənizadə deyib ki, Novruz bayramı ərəfəsində imzalanması gözlənilən əfv fərmanının kimlərə və neçə şəxsə şamil olunacağından çox şey asılıdır: “Azərbaycanın rəsmi strukturları müəyyən addımlar atmalıdır. Mənə elə gəlir ki, bu proses Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasına qədər davam etsə, siyasi məhbus problemi üzrə məruzəçinin təyin olunması ilə bağlı müzakirələrin açılmasına bir daha ehtiyac qalmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR