Bank Of Baku

Azərbaycan İslam Partiyasının Xaçmaz rayon təşkilatında qarşıdurma yaranıb

Azərbaycan İslam Partiyasının Xaçmaz rayon təşkilatında qarşıdurma yaranıb
# 17 mart 2008 11:57 (UTC +04:00)
Xaçmaz. Solmaz Mehdiyeva-APA. Azərbaycan İslam Partiyasının (AİP) Xaçmaz rayon təşkilatının martın 16-da keçirilən konfransında Nazim Məmmədov qurumun yeni sədri seçilib. Yığıncaqda partiya mərkəzi aparatının təmsilçiləri Hacı Vaqif Abdullayev, Elmar Səmədov və Elçin Manafov iştirak ediblər. Rayon təşkilatının əvvəlki sədri Azadxan Babayev APA-nın şimal bürosuna verdiyi açıqlamasında konfransın qanunsuz olduğunu, partiya nizamnaməsinin kobud şəkildə pozulduğunu bildirib: “Konfrans haqqında dünən məlumat aldım. Nazim Məmmədov tədbirə məni də dəvət etdi, ancaq getmədim. Çünki konfransda saxtakarlığa yol verilib”. A. Babayev AİP-in Ali Şurasının üzvü və yerli qurumun sədri kimi təşkilatın bütün sənədləri onda olduğunu söyləyib. Onun sözlərinə görə, yığıncaqla bağlı təşkilat üzvləri də məlumatlandırılmayıblar. A. Babayev Xaçmaz şöbəsinin qanuni sədri olduğunu və problemin Nizamnamə çərçivəsində həll olunması üçün mübarizə aparacağını vurğulayıb.
Deyilənlərlə razılaşmayan Nazim Məmmədov isə APA-nın şimal bürosuna bildirib ki, konfransda 25 nəfər iştirak edib, tədbir qanuni keçirilib: “Biz Azadxan Babayevi konfransa dəvət etdim, amma o, gəlmədi. Onunla görüşüb müəyyən məsələləri müzakirə edəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR