Bank Of Baku

Beş müxalifət təşkilatının birgə fəaliyyəti ilə bağlı layihə hazırlanıb

Beş müxalifət təşkilatının birgə fəaliyyəti ilə bağlı layihə hazırlanıb
# 17 mart 2008 12:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Beş müxalifət təşkilatı növbəti beş ildə birgə fəaliyyət göstərmək üçün danışıqları davam etdirəcək. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya açıqlamasında əməkdaşlıqla bağlı layihə hazırlandığını deyib. O bildirib ki, layihədə siyasi qüvvələrin bundan sonra keçiriləcək seçkilərdə əməkdaşlıq etməsi nəzərdə tutulur: “Təklif olunur ki, vahid seçki bloku yaradılsın, sonra bu, siyasi bloka çevrilsin və blokun dairəsi genişlənsin. Amma müzakirələr başa çatmayıb və biz ortaya bütün məqamları nəzərə alan layihə qoymaq istəyirik”.
Qeyd edək ki, sözügedən formatda Demokrat, Müsavat, Milli İstiqlal, Tərəqqi partiyaları və “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR