Bank Of Baku

AMİP ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesindən uzaqlaşdırılmasını tələb edir

AMİP ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesindən uzaqlaşdırılmasını tələb edir
# 17 mart 2008 13:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ATƏT-in Minsk Qrupunun hazırkı həmsədrləri Rusiya, Fransa və ABŞ-ın danışıqlar prosesindən uzaqlaşdırılması tələbi ilə bəyanat verib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin BMT səviyyəsinə qaldırılmasını müsbət haldır. AMİP ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair sənədin əleyhinə səs verməsinin təəssüf və anlaşılmazlıqla qarşılayıb: “Həmin dövlətlərin mövqeləri işğalçı Ermənistanla eyni olduğundan və beynəlxalq hüquq normalarına zidd təşkil etdiyindən danışıqlar yeni müstəviyə keçirilməlidir. AMİP hesab edir ki, münaqişənin çözülməsi hərbi-siyasi yolla mümkündür. Azərbaycan BMT-nin Nizamnaməsini əsas götürərək öz ərazilərini işğaldan azad etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR